Təhlükəsiz toplu sms xidməti

versiya 1.x


Giriş

"Təhlükəsiz SMS Xidməti" istifadəçilərə sürətli, təhlükəsiz və məxfi mesajlaşma xidmətini təqdim edir.

"Təhlükəsiz SMS Xidməti" istifadə etməklə siz aşağıda qeyd olunmuş prioritetlərə sahib olacaqsınız:

  • Sizin istəyinizə uyğun olaraq müvafiq alfa nömrəsinin seçilməsi;
  • Təkli və toplu SMS-lərin asanlıqla göndərilməsi;
  • SMS-lərin statusları haqqında məlumatın əldə olunması;
  • Fərdiləşmə xüsusiyyətindən istifadə edərək fərqli şəxslərə eyni anda fərqli mesajların göndərilməsi;
  • Məlumatlandırma və ya OTP tipli mesajların göndərilməsi.

"Təhlükəsiz SMS Xidməti" sizə müştərilərinizlə daha sürətli, təhlükəsiz və məxfi mesajlaşmanı təmin edir. Platformadan istifadə istifadə qaydası ardıcıllığı aşağıdakı formadadır:

  1. Qeydiyyat: Xidmətlərimizdən istifadə etmək üçün öncə qeydiyyat formasını dolduraraq qeydiyyatdan keçin;
  2. Daxil olma: Hesabınıza daxil olun və SMS göndərmək istədiyiniz müştəri saynı seçin;
  3. SMS Yazma: SMS-i birbaşa göndərmək istədiyiniz şəxsin mobil nömrəsini daxil etməklə və ya əlaqələr bölməsinə əlavə etdiyiniz şəxsləri seçməklə SMS-in mətnini yazıb göndərə bilərsiniz;
  4. SMS statusu: Yazdığınız SMS-in göndərilməsindən sonra onun çatdırılması məlumatlarını izləmək mümkündür.

Təhlükəsizlik və məxfilik xidmətimizin əsasında duran başlıca amildir. "Təhlükəsiz SMS Xidməti" eyni zamanda sizin şəxsi məlumatlarınızı qorumaqla konfidensiallığa tam təminat verir.

Qeydiyyat

Qeydiyyatdan keçmək üçün əlaqə bölməsindən qeyd olunan əlaqə vasitələrinə müraciət (e-mail və telefon) etmək lazımdır.

Daxil ol

Siz daxil ol linkinə keçid edərək əvvəlcədən təyin etdiyiniz e-poçt və şifrə ilə hesabınıza daxil ola bilərsiniz. Məni yadda saxla bölməsini seçili etdikdə sayt sizin sessiyanızı qeyri-müəyyən müddətə və ya əl ilə çıxış edənə qədər autentifikasiyada saxlayacaqdır. Bu sizin tez-tez e-poçt və şifrə yazmağınızın qarşısınız alacaqdır. Əgər siz hesabınıza daxil olmaq üçün gərəkli şifrəni unutsanız, bu zaman şifrəni yeniləmək üçün şifrəni unutmusuz? linkinə keçid edərək şifərinizi sıfırlaya bilərsiniz. Qeydiyyatdan keçdiyiniz e-poçt ünvanını qeyd edib göndər düyməsinə klik edirsiniz. Bu zaman e-poçt ünvanınıza şifrənizi yeniləmək üçün gərəkli olan məlumatlar göndəriləcəkdir.

Müştəri Paneli

Müştəri panelinə daxil olarkən ilk açılan lövhə bölməsi olacaqdır. Müştəri panelində aşağıdakı bölmələr yer alır

  • Löhvə: Panelə giriş edərkən ilk açılan bölmədir. Burada ən son daxil olmuş əməkdaşların siyahısı yer alır. Sağ üst hissədə isə son 1 həftə, 2 həftə, 3 ay, 6 ay1 il müddətində son daxil olmuş əməkdaşların siyahısını filterləmək mümkündür. Qeyd olunan siyahıda aşağıdakı məlumatlar göstərilir. İlk sətirdə əməkdaşların sayı, nömrə qruplarının sayı, nömrələrin sayı, token sayı göstərilir. Növbəti sətirdə isə daxil olan əməkdaşların hansı veb brauzerdən daxil olduğunu göstərən qrafik, sms-lərin hansı kateqoriyalardan göndərilmə sayı, daha sonra isə ümumi , göndərilənlər və arxiv sms-lərin sayını göstərən qrafik məlumatlar yer alır. Alt hissədə isə ən son daxil olmuş əməkdaşların siyahısı və onların Ad, soyad, platforma (daxil olma zamanı istifadə etdiyi əməliyyat sistemi), brauzer, cihaz, versiya, ip ünvan və daxil olduğu vaxt kimi məlumatlardan ibarətdir. Kateqoriyalar hissəsində isə yeni kateqoriya əlavə edə, silə və ya dəyişilik edə bilərsiniz.
  • SMS xidməti: Bu bölmə 2 alt bölmədən ibarətdir.
    1. Göndər: SMS yazmaq üçün hazır pəncərə açılır. Bu zaman açılan pəncərədən siz sürətli şəkildə sms-lərinizi istədiyiniz formada yəni telefon nömrəsi ilə və ya kontakt siyahısında seçərək göndərə bilərsiniz.
    2. Tarixçə: Bu bölmədə mesaj yazmaq üçün Mesaj yaz düyməsi, onun aşağı hissəsində Göndərilənlər, Arxiv, Silinənlər olaraq 3 bölmə yerləşir.

Mesaj yaz düyməsinə klik etdikdə SMS göndərmə pəncərəsi açılır. Burada qrup, nömrə və ya əlaqə siyahsında qeyd olunmuş şəxsin adını qeyd edərək enter düyməsi sıxılaraq qeyd olunur. Alt mesaj bölməsində isə göndərilən SMS-in məzmunu qeyd olunur. Bu məzmun 160 simvoldan artıq ola bilməz. Siz smsləri əvvəlcədən təyin etdiyiniz kateqoriyalaradan birini seçib daha sonra Göndər düyməsini sıxaraq göndərə bilərsiniz. SMS göndərilmə zamanı səhifədə onun uğurlu və ya xətalı göndərilməsini göstərən bildiriş görsənəcəkdir. Göndərilən sms-lər Göndərilənlər bölməsində görsənəcəkdir. Göndərilənlər səhifəsində göndərilən bütün sms-lərin siyahısı gələcəkdir. Siyahı geniş olduqda göndərilən sms-i tapmaq üçün axtarış hissəsində ya əlaqənin adını, nömrəsini və ya qrupla göndərilibsə qrupun adını yazırıq. Bu siyahıdaki hər hansı bir sms-in üzərinə gəldikdə bu zaman sağ hissədən arxivləmək və ya silmək ikonlarının görsəndiyini görəcəksiniz. Biz siyahıdakı hər hansısa bir sms-i ya silə, ya da arxivləyədə bilərik. Bu zaman müvafiq olaraq, həmin sms arxiv və ya silinənlər bölməsində görünəcəkdir. Siyahıdakı smsləri görmək üçün hər hansı birinin üzərinə klik etmək kifayətdir. Bu zaman sol pəncərədə həmin sms barəsində ətraflı informasiyalar görünəcəkdir. Burada cari status, göndərilən şəxslərin əlaqədəki adı və ya nömrəsi, qrup adı, alfa nömrə, sms kateqoriyası, göndərilmə tarixi və göndərilən sms-in məzmunu göstərilir.

  • Əlaqələr: Bu bölmədə öz nömrə qruplarınızı və ona aid olan nömrələrin əlaqələrini qeyd edə bilərsiniz. Daxil edilən qrup adlarını excel formatında xaric etmək imkanı da mövcuddur. Qrup əlavə etmək üçün əlaqələr bölməsinin alt bölümü olan şirkətlər bölməsinə klik edib açılan pəncərədə sadəcə qrupun adını daxil etmək kifayətdir. Qrupun adı mütləqdir və 255-simvoldan çox ola bilməz. Yeni nömrə əlavə etmək üçün isə nömrələr bölməsindən əlavə et düyməsinə klik edərək açılan pəncərədə ad, soyad, qrup, operator, nömrəşirkətin adını yazmaq lazımdır. Ad, soyad, operator və nömrə olan hissələrin doldurulması vacibdir. Ad və soyad 100 simvoldan artıq ola bilməz. Nömrə 7 simvoldan artıq ola bilməz. Şirkət adı 150 simvoldan çox ola bilməz. Nömrələri biz excel file formatında xaric də edə bilərik. Bunun üçün xaric et düyməsinə basmaq kifayətdir. Daxil et düyməsinə klik etdikdə isə açılan pəncərdə Nümunəni göstər düyməsin klik etdikdə, nümunə faylına aid bildiriş görsənəcəkdir, yüklə düyməsinə klik edərək bu faylı yükləyə bilərsiniz. Daha sonra hərşey uyğun olduqdan sonra yüklənəcək faylı seçib daxil et düyməsinə sıxırıq. Bu zaman heçbir problem olmasa exceldəki məlumatlar yüklənəcəkdir.
  • Hesab-faktura: Bu bölmə müştərinin hesabları haqqında məlumatların tarixcələridir.
  • APİ: Bu bölmə üç alt hissədən ibarətdir.
    1. Tokenlər: Bu bölmədə sms-i api vasitəsi ilə göndərmək üçün lazım olan tokenlər yer alır. Bundan əlavə burada id, token, açıqlama, limit, bitmə tarixi, bitməsinə qalıb, ən son istifadə olunma tarixi, əlavə edən, əlavə edilmə tarixi, dəyişmə və silmə kimi xanalar görsənir. Əgər bitmə tarixi yaşıl rəngdə görsənirsə deməli token aktualdır, əks halda qırmızı rəngdə görsənirsə deməli tokenin vaxtı bitmiş hesab edilir. Əlavə et düyməsinə klik etmək ilə yeni token yaratmaq olar. Açılan pəncərədə token yaratmaq limit, bitmə tarixi, açıqlama kimi xanalar yer aldığı görünür. İcazə verilmiş ip ünvanları göstər düyməsinə klik etdikdə ip ünvanları əlavə etmək üçün xananın görsəndiyini görəcəyik. İP ünvan xanalarını + işarəsi artıra, - azalda ilə isə silə bilərik. Burada limit api vasitəsi ilə göndəriləcək sms-lərin sayını, bitmə vaxtı tokenin istifadə müddətini, açıqlama məlumat xarakterli informasiyanı bildirir. Əgər limit xanası boş buraxılarsa bu token üzrə göndərilən smslər limitsiz, bitmə vaxtı boş buraxılarsa tokenin bitmə vaxtının olmadığı kimi hesab olunacaqdır. Əgər icazə verilmiş ip ünvanları xanalarına hər hansı bir ip ünvan qeyd olunarsa, bu o deməkdir ki, sms-lər yalnız bu ip siyahı üzrə gələ bilər. Tokenlər siyahısından biz tokenləri açıqlama xanasına uyğun olaraq axtara və ya aktivpassiv tokenlərə görə sıralaya bilərik. Tokenin surətini götürmək üçün kopyala düyməsinə klik etmək kifayətdir. Yaradılmış tokenləri dəyişə, excel fayl kimi xaric edə və ya silə bilərik.
    2. İstifadə təlimat: İstifadə təlimat bölməsinə keçid edir.
    3. İnteqrasiyalar: Bu bölmə APİ-dən istifadə qaydaları haqqında məlumatı əldə edə bilərsiz.
  • Əməkdaşlar: Bu bölmə iki alt hissədən ibarətdir.
    1. Siyahı: Bu bölmədə qeydiyyatdan keçən bütün əməkdaşların siyahısı yer alır. Bu bölmənin üst hissəsində bütün əməkdaşlar, idarəçilər, əməkdaşlar olaraq 3 növdə siyahılamaq mümkündür. Sol üst hissədə isə son 1 həftə, 2 həftə, 1 ay, 3 ay, 6 ay1 il olaraq filterləmək mümkündür. Susmaya görə son 1 ay seçili olur. Yeni əməkdaş əlavə etmək üçün əlavə et düyməsinə klik etmək lazımdır. Açılan pəncərədə əməkdaşın adı, soyadı, emailişifrəsi daxil edilməlidir. Burada qeyd olunan bütün məlumatların doldurulması vacibdir. Ad və soyad maksimum 255 simvoldan, e-poçt ünvanı unikaldır və maksimum 50 simvoldan, şifrə isə minimum 8 simvoldan, rəqəmlərdən, həriflərdən və simvollardan, ən azı bir kiçik və bir böyük hərif də daxil olmaqla mürəkkəb şifrə daxil edilməlidir.
    2. Yeni əməkdaş əlavə et: Qısa keçid olaraq əməkdaş əlavə etmək üçün pəncərəni açır. Qeyd: Yeni əməkdaşı yalnız şirkətin cavabdeh şəxsi əlavə edə, silə, dəyişə və ya excel formatında xaric edə bilər.
  • Profil nizamlamaları: Bu bölmə üç alt hissədən ibarətdir.
    1. Şəxsi məlumatlar: Bu bölmədə əməkdaş öz şəxsi məlumatları, yəni ad, soyad, e-poçt və profil şəkli kimi məlumatlar görsənir. Burada əməkdaş ad, soyad və profil şəklini dəyişə bilər. E-poçt ünvanını isə dəyişdirə bilməz. Onu yalnız şirkətin cavabdeh şəxsi əməkdaşlar bölməsindən dəyişə bilər.
    2. Qurum məlumatları: Bu bölmədə əməkdaşın hansı şirkətə aid olduğunu bildirən məlumatlar yer alır. Bu məlumatlar dəyişdirilə bilməz.
    3. Şifrəni yeniləyin: Şifrə yeniləmək üçün əməkdaş əvvəlcə öz cari şifrəsini daxil etməli, daha sonra isə yeni şifrəni təyin edə bilər. Daxil edilən şifrə isə minimum 8 simvoldan, rəqəmlərdən, həriflərdən və simvollardan, ən azı bir kiçik və bir böyük hərif də daxil olmaqla mürəkkəb şifrə daxil edilməlidir.
  • Çıxış: Hesabdan çıxış.